Yol polisi Dünya çempionatında Azərbaycan bayrağını qaldırdı – FOTO
Yol polisi 11 May 2018 13:07 1199 dəfə oxunub
Yol polisi Dünya çempionatında Azərbaycan bayrağını qaldırdı – FOTO
Kempo üzrə çempionatda Vüsal Qələndərov 3-cü yerə layiq görülüb

Macarıstanın Budapeşt şəhərində Kempo üzrə 15-ci Dünya Kuboku və Dünya çempionatı keçirilib. Çempionatda başda Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi Rauf İbrahimov olmaqla 10 nəfər heyyətlə Azərbaycanın Kempo üzrə yığma komandası təmsil edib. Yarışda 67 ölkədən 1000-ə yaxın idmançı bir neçə versiya üzrə birincilik uğrunda mübarizə aparıb.

Azərbaycan komandasının nəticələri aşağıdakı kimidi.

Toğrul İbrahimli - 16-18 yaşlar arasında 65 kg çəki dərəcəsində Kempo Submişn versiyası üzrə 2 yer,

Hüseynov Şəmsi - 70 kg çəki dərəcində kişilər arasında Semi Kempo üzrə 2 ci yer, Müslümov Rüstəm - 80 kg çəki dərəcəsində kişilər arasında Nokdaun versiyası üzrə 2 yer,

Kazımov Ramin - 90 kg çəki dərəcəsində kişilər arasında Nokdaun versiyası üzrə 2 ci yer,

Qələndərov Vüsal - 95+kg çəki dərəcəsində Nokdaun versiyası üzrə 3 cü yer,

Əhmədov Fərid - 75 kg çəki dərəcəsində Submişn versiyası üzrə 3 cü yer.

Qeyd edək ki, Vüsal Qələndərov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantıdır. O, ötən il Avropa çempionatında 2-ci yeri qazanmışdı.

 

Elmin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh