Avtomobil bazarında qiymətlər bahalaşıb - AÇIQLAMA

Avtobazar 11 May 2018 15:56 Oxunub 1598
Avtomobil bazarında qiymətlər bahalaşıb - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qiymət artımı, əsasən, benzin mühərrikli avtomobillərdə olub

Ölkəyə avtomobil idxalı artıb. Belə ki, cari ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 3506 ədəd avtomobil idxal olunub. Bu da 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə avtomobil idxalının 2,45 dəfə artması deməkdir. Avtomobil idxalının artması bazarda qiymətlərə təsir edib.

Avtosfer.az xəbə verir ki, oxu.az-a açıqlama verən bazar üzrə ekspert Nüsrət İbrahimov deyib ki, hesabat dövründə əvvəlki ayla müqayisədə avtomobil bazarında təklif portfeli 6.2 faiz azalıb.

Ay ərzində bazar üzrə orta qiymətin 22,728 manat olduğunu deyən ekspert bildirib ki, fevral ayı ilə müqayisədə orta qiymətlər 2.5 faiz artıb:

“Ümumi təklif portfelinin 88 faizini benzin mühərriki ilə olan avtomobillər, 12 faizini isə dizel mühərriki ilə olan avtomobillər təşkil edib. Bunlardan 67 faizini avtomat sürət qutusu, 33 faizini isə mexaniki sürət qutusu ilə olan avtomobillər təşkil edib.

Benzinlə hərəkət edən avtomobillərin orta qiyməti 22,263 manat, dizellə hərəkət edən avtomobillərin orta qiyməti 26,617 manat olub. Qiymət artımı, əsasən, benzin mühərrikli avtomobillərdə olub və 4.3 faiz təşkil edib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh