Hacıqabulda yük maşını aşdı

Avtoxəbər 11 May 2018 22:20 Oxunub 1287
Hacıqabulda yük maşını aşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində Türkiyə vətəndaşı xəsarət alıb

Hacıqabul rayonunda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Türkiyə vətandaşı Günsaldı Səlim Həsən oğlu sükanı arxasında olduğu ağır tonnajlı yük maşını ilə (TIR) hərəkətdə olarkən anidən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh