Dronların köməyi ilə düyü şitillərinin əkini sınaqdan keçirilib

Texnologiya 12 May 2018 10:27 Oxunub 1373
Dronların köməyi ilə düyü şitillərinin əkini sınaqdan keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2 min kvadratmetr olan düyü sahəsinə şitillərin əkilməsi cəmi 10 dəqiqə vaxt aparıb

Yaponiyanın qərbində yerləşən Hiroşima prefekturasının kənd təsərrüfatı rəsmiləri yaşlı fermerlərin işini yüngülləşdirmək məqsədilə düyü şitillərinin dron vasitəsilə əkinini sınaqdan keçiriblər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Hiroşima Hiqaşi şəhərində yerləşən kənd təsərrüfatı kooperativində sınaq zamanı şitillərin olduğu konteynerin üzərində yerləşən operator iki metr hündürlükdən onları əkin sahəsinə yayıb. Ümumi sahəsi 2 min kvadratmetr olan düyü sahəsinə şitillərin əkilməsi cəmi 10 dəqiqə vaxt aparıb. Bu, adi halda həmin sahənin əkilməsi üçün lazım olan vaxtdan altı dəfə azdır.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh