Bakıda retro maşınların paradı keçirildi - FOTOLAR

Avtobazar 9 May 2014 21:11 Oxunub 2436
Bakıda retro maşınların paradı keçirildi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paradda 1930-40-cı illərin istehsalı olan “Pobeda” avtomobilləri də iştirak edib

Qələbə günü münasibətilə bu gün Bakıdan-Sumqayıta retro avtomobillərinin yürüşü keçirilib. ANS-in məlumatına görə, Biləcəri qəsəbəsində yerləşən “Avtoretro” klubdan yürüşə başlayan həvəskarlar yolboyu böyük maraqla qarşılanıblar. Dövlət Yol Polisi maşını ilə müşayiət olunan avtomobil karvanı əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətində olub. Burada həm müharibə veteranları, həm də sakinlərlə görüş keçirilib. Daha sonra orkestrin müşayiəti ilə retro-maşın karvanı Sumqayıt şəhərinə üz tutub. Yolboyu xüsusi siqnal səslərilə hər kəsin diqqətini cəlb edən avtomobillərin növbəti dayanacağı Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısı olub. Yürüşdə ümumilikdə 30 avtomobil iştirak edib.

Yürüş iştirakçıları əsasən “Zim”, “Çayka”, “Volqa” və “Pobeda” markalı avtomobillərlə təmsil olunub. Daha çox diqqət “Pobeda” markalı avtomobillərə ayrılmışdı. Bu isə təsadüfi deyil. Çünki bu maşın məhz 9 may faşizm üzərində qələbənin şərəfinə istehsal olunub.

Paradda 1930-40-cı illərin istehsalı olan “Pobeda” avtomobillərini, “QAZ 21” və “QAZ 24” markalı maşınların modernləşmiş formaların görmək olardı.

Yürüş iştirakçıları arasında tək Bakıdan deyil, digər regionlardan qatılan avtomobil həvəskarları da var idi. Yürüşdə fəallığı ilə seçilən “Avtoretro” klubun icraçı direktoru Kamran İsmayılov bu cür paradı artıq 11 ildir ki, həyata keçirtdiklərini bildirib.

 

K.İsmayılov deyir ki, hazırda “Avtoretro” klubun 50 üzvü var. Klubun marşrut xətləri isə əsasən Bakı-Quba və Bakı-Sumqayıt yollarıdır.  Yürüş iştirakçılarının sonuncu dayanacağı köhnə avtovağzal yaxınlığındakı Mehdi Hüseynzadənin abidəsinin önü olub. Onlar abidə önünə gül dəstələri qoyublar və daha sonra yenidən yola düzəliblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh