Bakıda “Range Rover”lə protiv gedən sürücü görün kim imiş - FOTO-VİDEO

Avtobazar 14 May 2018 00:19 Oxunub 10586
Bakıda “Range Rover”lə protiv gedən sürücü görün kim imiş - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nərimanov DYP "renta-car"dan maşın kirayələyən rhəmin sürücünü saxlayaraq cərimə edib

Paytaxtın Ziya Bünyadov prospektində əks istiqamətə çıxıb axına qarşı hərəkət edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan 99-XU-095 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az saytında yayılmışdı. Görüntüləri izləyən Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları dərhal sürücünü aşkar ediblər. Qayda pozan sürücü 1992-ci il təvəllüdlü Məmmədov Orxan Əmrah oğludur. İnzibati araşdırma zamanı məlum olub ki, o, 99-XU-095 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobili kirayə götürərək idarə edib. O, dostunun toy karvanında hərəkət edən zaman qarşı yola çıxıb və bəy-gəlin maşınının qarşısını kəsərək 50 manat “şirinlik” alıb.

Sürücü törətdiyi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimələnib. O, törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hərəkət etməyəcəyəni bildirib.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh