Maşın bazarında yay qiymətləri - VİDEO

Avtosfer TV 14 May 2018 09:14 Oxunub 1901
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər markada, hər qiymətə maşın var

Hər markada, hər qiymətə maşın var. Amma alıcı azdır.Görüntülər paytaxtdakı maşın bazarındandı.Satıcılar ötən illə müqayisədə alıcılıq qabiliyyətinin aşağı olduğunu deyirlər. Bu satıcı avtomobilini satmaq üçün bir neçə dəfədir bazara gəldiyini bildirir.Alıcı tapa bilmədiyindən hər gəlişində qiymətdə endirim edir.

Bəzi alıcılar isə qiymətlərin şişirdildiyi qənaətindədir.

Bölgələrdəki maşın bazarında isə vəziyyət fərqlidi.Sumqayıtdakı satıcılar son iki həftədir ki,bazarda durğunluq olduğunu və qiymətlərin endiyini deyirlər..Bəzi alıcılar qiymətlərin daha da ucuzlaşmasını gözləyir...

Bərdə bazarında isə daha çox Rusiya istehsalı avtomobillərdə qiymətlərin enməsi müşahidə edilir.

Bazarlarda alıcılıq qabiliyyətinin yaxın aylarda artacağı gözlənilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh