Traktor "07" ilə toqquşdu; sürücünün ayağı qırıldı - FOTO

Avtosfer Foto 14 May 2018 01:19 Oxunub 2183
Traktor "07" ilə toqquşdu; sürücünün ayağı qırıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Traktordakı yük yol kənarına dağılıb, avtomobillərin hərəkətində çətinlik yaranıb

Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yük daşıyan qoşqulu traktor ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində minik maşınının 1964-cü il təvəllüdlü sürücüsü Cəfərov Təzəxanın ayağı qırılıb. Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə avtomobildən çıxarılıb və ağır vəziyyətdə "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

Qəza zamanı traktordakı yük yol kənarına dağılıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh