Sürücülərin diqqətinə; bu yollarda hərəkət məhdudlaşdırılır - SİYAHI

Gündəm 9 May 2014 21:24 Oxunub 1656
Sürücülərin diqqətinə; bu yollarda hərəkət məhdudlaşdırılır - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə edin!»

Fransa prezidenti Fransua Olandın Azərbaycana rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, Fransa prezidenti Fransua Ollandın mayın 11-də Azərbaycana səfəri ilə əlaqədar paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək. V.Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

 

 

Seymur

ŞƏRH YAZ
Ad

E-mail

Şərh