Bakıda yolun ortasında gəzintiyə çıxan qadın sürücüləri çaş-baş saldı - VİDEO

Xəbərlər 14 May 2018 16:48 Oxunub 2432
Bakıda yolun ortasında gəzintiyə çıxan qadın sürücüləri çaş-baş saldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınlara əhəmiyyət vermədən yolda gəzən qadını yol polisləri kənarlaşdırıb

Bakı Sumqayıt yolunda, gecə saatlarında sürücülər tıxacda qalıb. Bu dəfə isə səbəb qəribədir. Belə ki, yolun ortası ilə gedən xanım sürücülərə təhlükəli anlar yaşadıb. Sanki səkidə, yaxud parkda gəzirmiş kimi hərəkət edir.

Yüksək sürətli yolda bu cür addımın izahı yoxdur. Şahidlər bildirir ki, xanım sərnişin arxadan gələn “Chevrolet Niva”dan düşüb. Onun depresiyada olması da istisna edilmir. Az sonra yol polisləri həmin qadını yolun hərəkət hissəsindən kənarlaşdırıblar.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh