Siyəzəndə minik avtomobili “KamAZ”la toqquşdu 

Qəzalar 14 May 2018 20:03 Oxunub 666
Siyəzəndə minik avtomobili “KamAZ”la toqquşdu 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində ölən və xəsarət alanlar var

Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun 113-cü kilometrliyində 10 UP 723 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobili ilə 50 BH 360 dövlət qeydiyyat nişanlı KamAZ markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilində olan bir nəfər ölüb, digəri isə xəsarət alıb. Xəsarət alan şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh