“Niva” sürücüsü 30 saniyədə 200 manatlıq qayda pozdu – 005 - FOTO

Avtosfer Foto 15 May 2018 01:17 Oxunub 5756
“Niva” sürücüsü 30 saniyədə 200 manatlıq qayda pozdu – 005 - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşı yola çıxır, stop xətti keçir və düz xətti kəsərək sola dönür

Mayın 11-də saat 07:52 radələrində paytaxtın Teymur Elçin küçəsində hərəkətdə olan 50-DA-005 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü qısa zaman ərzində bir neçə kobud qayda pozuntusu edib. Avtosfer.az xəbər verir ki, sürücü öncə 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətli zolağa çıxaraq axına qarşı hərəkət edib. Yolayrıcına yaxınlaşdıqda svetoforun qırmızı işığında stop xətti keçərək dayanıb və sonra sola - Mehdi Hüseyn küçəsinə dönərək hərəkətini davam etdirib. 50-60 metr gedəndən sonra isə 1.1 - düz xəttin tələbini pozaraq sola - həyət ərazisinə dönüb.

Qeyd etdiyimiz sürücü 1 dəqiqə ərzində 200 manatlıq qayda pountusu edib. DYP həmin tarixdə ərazidəki kamera görüntülərini nəzərdən keçirib deyilənlərlə tanış ola bilər.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh