Sumqayıtda ağır qəzada yol polisi öldü, daha iki yaralı var

Yol polisi 15 May 2018 01:37 Oxunub 3255
Sumqayıtda ağır qəzada yol polisi öldü, daha iki yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1991-ci il təvəllüdlü Xızı rayon sakini Bəkirzadə Xəyyam Yusif oğlu Bakı-Quba yolunun 34-cü km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən "Ford" markalı maşınla toqquşub. Ağır qəza zamanı sürücü Xəyyam Bəkirzadə elə yerindəcə ölüb. Digər avtomobildə olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub. X.Bəkirzadə Xızı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır və növbədən çıxaraq şəxsi avtomobili ilə evə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh