Sürücü avtomobili aşırdı: xəsarət alanlar var - Yevlaxda

Qəzalar 15 May 2018 12:21 Oxunub 834
Sürücü avtomobili aşırdı: xəsarət alanlar var - Yevlaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırma aparılır

Yevlax rayonunda idarəetməni itiriən sürücü avtomobilini dəmiryolu xəttinə çıxararaq aşırıb. "Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhərindən Yevlax rayonu istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil "Stansiya Mingəçevir" ərazisində dəmiryolu xəttinin üzərindən yolu qarşı tərəfə keçmək istəyib. Bu zaman sürücü idarəetməni itirərək avtomobilini dəmiryolu xəttinin kənarlarında quraşdırılmış dəmir maneələrə çırpıb. Bir neçə maneələri qırdıqdan sonra aşan avtomobilin sərnişini, Bərdə rayonunun Qaratəpə kənd sakini, 1951-ci il təvəllüdlü Mina Səməd qızı Qasımova müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Sürücünün xəsarəti isə yüngül olduğundan ona yerindəcə ambulator yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh