Yol polisinin ürəyi tutdu, aptekin qarşısında keçindi - Dəhşətli ailə dramı

Yol polisi 15 May 2018 12:28 Oxunub 6062
Yol polisinin ürəyi tutdu, aptekin qarşısında keçindi - Dəhşətli ailə dramı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əşrəf Orucovun atası və qardaşı 3 ay əvvəl eyni gündə dünyasını dəyişmişdi

Bu gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmasından dünyasını dəyişib. Virtualaz.org-un məlumatına görə, işdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də elə aptekin qarşısında dünyasını dəyişib.

Qeyd edək ki, 3 ay əvvəl mərhumun atası və qardaşı eyni gündə dünyasını dəyişmişdi. Belə ki, bu il fevralın 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atasına aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.

Əşrəf Orucov bu gün anadan olduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh