5 yaşlı qız qatarın altında qalmaqdan son anda xilas edildi - VİDEO

Avtosfer TV 15 May 2018 18:31 Oxunub 1394
5 yaşlı qız qatarın altında qalmaqdan son anda xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbi geyimdə olan bir nəfər qızı qatarın altından çıxarıb

Hindistanın Mumbay şəhərində 5 yaşlı qız qatarın altında qalmaqdan son anda xilas edilib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qızı ilə qatara minməyə çalışan qadın vaqona daxil olsa da, qızı onun əlini buraxır və platforma ilə hərəkət edən qatarın arasında qalır. Bu vaxt hərbi geyimdə olan bir nəfər şəxs özünü itirməyib cəld tərpənərək qızı qatarın altından çıxarır. Həm azyaşlı, həm də xilaskarı yüngül xəsarətlər alıb. Onlara elə vağzalda tibbi yardım göstərilib. 5 yaşlı qızın xilaskarının adı isə Saçin Poldur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh