Dünya çempionatında ölkəmizi polis təmsil edəcək - FOTO

Yol polisi 15 May 2018 14:02 Oxunub 2959
Dünya çempionatında ölkəmizi polis təmsil edəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Natiq Eminov inamlı mübarizə apararaq yüksək nəticələr əldə edib

Mayın 12-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş alpaqut üzrə açıq Bakı çempionatı keçirilib. Şağan İdman Kompleksində baş tutan yarışda müxtəlif çəki dərəcələrində 300-dək idmançı iştirak edib. Bu yarışda milli komandanın üzvü, DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Natiq Eminov qələbə uğrunda inamlı mübarizə apararaq yüksək nəticələr əldə edib. O, batur sistemi (əlbəyaxa döyüş) üzrə + 85 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

“Alpagut” - tək başına düşmənə hücum edən və heç bir tərəfdən ələ keçməyən igid mənasını bildirir. Həmçinin bu söz alp-igid, qut-müqqədəs sözlərinin birləşməsindən yaranıb.

Qeyd edək ki, bu ilin noyabr ayında ölkəmiz Alpaqut üzrə dünya çempionatına ev sahibliyi edəcək və təmsilçimiz də bu yarışda iştirak edəcək.

N.Eminov həm də Alpaqut Federasiyasının nizam-intizam komissiyasının sədridir. O, I-Dan qara kəmər ustasıdır. Dəfələrlə respublika çempionu və beynəlxalq turnirlərin qalibi olub. Təmsilçimiz Avropa və dünya çempionatlarında da ölkəmizi layiqincə təmsil edib, himnimizi səsləndirib.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh