Tərtərdə ağır yol qəzası: 1 ölü

Qəzalar 15 May 2018 22:11 Oxunub 668
Tərtərdə ağır yol qəzası: 1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində ölən və yaralanan var

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh