Neftçalada motosiklet avtomobillə toqquşub

Qəzalar 16 May 2018 08:33 Oxunub 682
Neftçalada motosiklet avtomobillə toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan var

Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, Həsənabad qəsəbə sakini, 1985-ci il təvəllüdlü Fərəcov Rüfət Bilal oğlu idarə etdiyi motosikletlə Salyan-Neftçala yolunda hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh