Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yanıb

Qəzalar 16 May 2018 08:39 Oxunub 818
Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib

Cəlilabadda mikroavtobus yanıb. "Report"un Aran bürosu xəbər verir ki, hadisə Əliqasımlı kəndində baş verib.

Belə ki, Biləsuvar rayonuna məxsus fəhlə daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh