Məşhur futbolçunun ölümünün təfərrüatı bilindi - FOTO

Qəzalar 16 May 2018 11:09 Oxunub 811
Məşhur futbolçunun ölümünün təfərrüatı bilindi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada Semüelin xanımı, dizayner Emma Pritçard yaralanıb

Trinidad və Tobaqo yığmasının, habelə İngiltərənin "Aston Villa" klubunun sabiq oyunçusu Cey-Lloyd Semüel avtomobil qəzasında həlak olub. Avtosfer.az milli.az-a istinadən bildirir ki, olay İngiltərədə yaşanıb. Trinidad və Tobaqo yığmasının heyətində 2 matçda meydana çıxmış 37 yaşlı Lloyd "Aston Villa" ilə "Bolton" klublarının heyətində bir neçə mövsüm oynayıb. Bundan başqa o, karyerası ərzində İngiltərədəki "Cillinqem", "Kardiff Siti" və "Eqerton", habelə  İranın "Esteqlal" və "Peykan" klublarında oynayıb. Bu gün bəlli olub ki, dünən səhər İngiltərənin Çeşir qraflığındakı Hay Leh şəhərindəki evindən çıxaraq övladları Cavarn, Lakil və Amaranı Range Rover avtomobilində məktəbə aparan futbolçu elə evinin yaxınlığında qəzaya düşüb. Qəzada Semüelin xanımı, dizayner Emma Pritçard yaralanıb.

38 yaşlı Emma Pritçard "Samuel & Owen" dizayn bürosunun sahibəsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh