Havay adalarında “qırmızı həyəcan” siqnalı elan edildi – FOTO + VİDEO
Gündəm 16 May 2018 12:34 251 dəfə oxunub
Havay adalarında “qırmızı həyəcan” siqnalı elan edildi – FOTO + VİDEO
USGS vulkan külünün 3700 metr hündürlüyə qalxması ilə bağlı xəbərdarlıq yayıb

ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb ki, Kilauea vulkanının püskürməsi səbəbindən Havay adalarında “qırmızı həyəcan” siqnalı elan olunub. Oxu.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, USGS vulkan külünün 3700 metr hündürlüyə qalxması ilə bağlı xəbərdarlıq yayıb.

“Vulkanın aktivləşməsi nəticəsində yaranan kül təbəqəsi və çatlar təhlükəyə səbəb ola bilər”, - xidmətin məlumatında bildirilib. 

Qeyd edək ki, Havay adalarında vulkanın aktivləşməsi səbəbindən yerli sakinlər təxliyyə edilib. Yerli mətbuatda 10 min insanın təhlükəsiz ərazilərə köçürüldüyü, lavanın artıq 30 evi məhv etdiyi açıqlanıb. 

Havay adalarında yerləşən Kilauea Yer kürəsinin ən aktiv vulkanlarından biridir. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh