Yol polisi Abşeron məktəblilərini maarifləndirdi - FOTO

Yol polisi 16 May 2018 13:18 Oxunub 3275
Yol polisi Abşeron məktəblilərini maarifləndirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür tədbirlər davamlı olaraq digər məktəblərdə də təşkil olunacaq

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə Abşeron rayonu, 9 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Abşeron rayon dövlət yol polisi şöbəsinin əməkdaşları da iştirak edib. Tədbirin əsas məqsədi məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onların bu istiqamətdə biliklərini artırmaqdır.

Tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev məktəblilərin çoxsaylı suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib. Tədbir məktəblilərin fəallığı ilə yadda qalıb.

Daha sonra isə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çap olunan "Yol hərəkəti qaydalarının əlifbası" kitabı şagirdlərə paylanılıb.

Bu cür tədbirlər davamlı olaraq digər məktəblərdə də təşkil olunacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh