Telefon mağazasından oğurluq edən şəxs saxlanılıb - Şəmkirdə
Gündəm 16 May 2018 14:33 186 dəfə oxunub
Telefon mağazasından oğurluq edən şəxs saxlanılıb - Şəmkirdə
Faktla bağlı cinayət işi başlanılıb

Telefon mağazasından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Düyərli kəndindəki mobil telefon mağazasından 6 mobil telefonun oğurlandığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun kənd sakini Bayram Rüstəmzadə olduğu müəyyən edilib. Törətdiyi cinayət əməlini etiraf edən B.Rüstəmzadə bütün mobil telefonları satdğını bildirib.

Mobil telefonlardan 3-ü maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh