Sürücülər yolu bağladı

Avtoxəbər 16 May 2018 15:38 Oxunub 1702
Sürücülər yolu bağladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aksiyaçılar paytaxtda avtodayanacaq qiymətlərinin ləğvini tələb ediblər

Ermənistanda baş nazirin iqamətgahı önündə aksiyalar başlayıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə taksi sürücüləri və maşın idxalçıları nazirliyin binasının qarşısına toplanıblar. Yolu bağlayan sürücülər lisenziyalaşdırma prosesinin sadələşdirilməsini, yol hərəkəti qaydalarını pozmağa görə verilən cərimə borclarının silinməsini və paytaxtda avtodayanacaq qiymətlərinin ləğvini tələb ediblər.

İdxalçılar isə 10 gün ərzində gömrük rəsmiləşdirilmələrinin müddətinin uzadılmasını istəyiblər. Etirazçılar bütün bunlar üçün baş nazirin nümayəndələri ilə görüş tələb edirlər.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh