Yol polisi Sumqayıtda reyd keçirdi: sərxoş sürücü aşkarlandı - FOTO-VİDEO

Yol polisi 17 May 2018 23:18 Oxunub 2060
Yol polisi Sumqayıtda reyd keçirdi: sərxoş sürücü aşkarlandı - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib

Bu gün Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin müxtəlif yerlərində reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı qayda pozuntularını aşkarlanıb. Eyni zamanda bir nəfər sərxoş sürücü YPX əməkdaşları tərəfindən aşkar edilərək barəsində müvafiq tədbir görülüb və  məhkəməyə təqdim olunub. Bundan başqa avtomobildə müxtəlif əlavə avadanlıqlar quraşdıran iki sürücü, həmçinin piyada keçidində piyadaya yol verməyən, avtobusu dayanacaqdan kənarda saxlayan, avtobus dayanacaqlarını zəbt edən, qanunsuz taksi, yükdaşıma fəaliyyəti ilə məşğul olan 30 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib. 

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az- bildirdilər ki, bu cür reydlər hər həftə davamlı olaraq keçirilir və öz müsbət nəticələrini verməkdədir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh