Yük avtomobili yandı

Qəzalar 16 May 2018 20:35 Oxunub 539
Yük avtomobili yandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“KamAZ” daşıdığı otla birlikdə yanıb

Saatlı rayonunda yük avtomobili yanıb. Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Məmmədabad kəndində baş verib.

“KamAZ” markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılan 8 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh