Mingəçevirdə marşrut avtobusu ilə traktor toqquşdu
Gündəm 16 May 2018 21:25 156 dəfə oxunub
Mingəçevirdə marşrut avtobusu ilə traktor toqquşdu
Hadisə nəticəsində yaralananlar var

Mingəçevir şəhərində yol qəzası baş verib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb. 

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin - 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyeva və digər gənc xanım yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh