Bakıda qadın əri tərəfindən şantaj edilir - VİDEO
Gündəm 16 May 2018 21:49 343 dəfə oxunub
Bakıda qadın əri tərəfindən şantaj edilir - VİDEO
Kişinin həyat yoldaşının şəkillərini sosial şəbəkələrdə yayaraq onu şantaj etdiyi iddia olunur

Bakıda qadın əri tərəfindən şantaj edilir. Avtosfer.az xəbər verir ki, qadının iddiasına görə, keçmiş həyat yoldaşı onun şəkillərini sosial şəbəkələrdə əxlaqsız insan kimi təqdim edərək paylaşır. Məqsədi isə alimentdən yayınmaqdır. Hər halda qadın belə deyir. Əməkdaşlarımız hər iki tərəfin mövqeyini öyrənib məsələni araşdırıblar.

Kişi həyat yoldaşının şəkillərini sosial şəbəkələrdə yayaraq onu şantaj edir.

Belə bir iddia ilə zərərçəkmiş Sona Paşayeva çıxış edir. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də əmisi oğlu Yalçın Paşayev şəkillərini ''odnoklasniki'' sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir.

Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə ailə həyatı qursa da, evlilikləri cəmi 8 ay çəkib. O, həyat yoldaşından əkiz oğlan uşağı dünyaya gətirib.Həmin vaxtdan Sona Paşayeva qeydiyyatda olduğu Cəlilabad rayonunun məhkəməsinə müraciət edərək, əmisi oğlu Yalçın Paşayevdən boşanıb. Amma o vaxtdan bu günə qədər qadın bir dəfə də olsun uşaqlarına aliment ala bilməyib.

Məsələ ilə bağlı danışan Yalçın Paşayev qadının şəkillərini paylaşmadığını, ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu bildirib.

Sosial şəbəkə vasitəsilə rüsvay edilən qadın məsələ ilə bağlı paytaxtın Nizami rayon hüquq-mühafizə orqanlarına məlumat verib.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh