Maşınla bağlı 8 il sonra gələn zəng onu şoka saldı – FOTOLAR

Avtoxəbər 16 May 2018 22:05 Oxunub 2682
Maşınla bağlı 8 il sonra gələn zəng onu şoka saldı – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun oğlu avtomobili məktub müəllifinə hədiyyə edib

Kyle Kropsey həmişə “Volkswagen microbus” avtomobilinin heyranı olub. Avtosfer.az xəbər verir ki, 16 yaşı olarkən sahil kənarında heyranı olduğu avtomobili görüb. Kyle avtomobilə yaxınlaşaraq gözdən keçirməyə başlayıb. Sahibinin içərdə olmadığın gördükdə bir məktub yazaraq içəri atıb. O, illər sonra yazdığı məktubun tapılacağından xəbərsiz idi. O, avtomobilin sahibinə “xahiş edirəm mənə zəng edin”sözlərini və telefon nömrəsini yazıb. Amma ona heç kim zəng etmədikdə Kylie ümidini itirib. Avtomobilin sahibi Cornelius məktubu oxumağına baxmayaraq ona zəng etməyib, amma məktubu da atmayıb.

Nəhayət 8 il sonra Kyleyə zəng gəlib. Ona zəng edən isə Corneliusun oğlu idi. Cornelius öldükdən sonra avtomobil oğluna qalmışdı. Məktubdan çox təsirlənən oğlan Kyleyə zəng etməyə qərar verib.

Corneliusun oğlu avtomobili Kyleyə hədiyyə edib. Kylenin uşaqlıq xəyalı gerçəkləşib.

 

Avtosfer.az

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh