Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Gündəm 16 May 2018 22:51 288 dəfə oxunub
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Hrəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə yaydığı məlumatda qeyd olunub.

Bildrilir ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh