Tərtər sakini bir ağacda 14 növ gilas yetişdirir - VİDEO

Maraqlı 16 May 2018 23:26 Oxunub 2034
Tərtər sakini bir ağacda 14 növ gilas yetişdirir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Meyvələri rəngləri, formaları, dadları fərqli olsada hamısı 1 ağacın məhsuludur

Rəngləri, formaları, dadları fərqli olsada hamısı 1 ağacın məhsuludur. Tərtər rayonunun Yenikənd sakini Fəqani Əsədov şəxsi təsərrufatında yetişdirdiyi gilas ağacı görənləri təəcübləndirir. Bir ağacın üstündə coxlu növdə gilas görmək mümkdür. Təsərrüfat sahibi deyir ki,həyətindəki gilas agacı qocaldığından gövdəsini kəsərək calaq edib. Calaq üsulu ilə 14 ayrı gilas sortunu bir agacda yetişdirə bilib. O, meyvənin növlərini ayrı-ayrı yerlərdən əldə edib. Bəzi sortları isə xaricdən gətirib. Fəqani Əsədov 14 sortu 1 agacda yetişdiirilməsinə xüsusi diqqət yetirib. Ağacda gilasın bəzi növləri bar versədə bəzi növlərinin mövsümü hələ çatmayıb.

Kənd sakinin bağında coxlu sayda ağac növlərinə rast gəlmək mümküdür. O,bir cox ağaclarında calama işi aparıb. Təsərrüfat sahibi bu üsulu başqa ağaclara da tətbiq etmək fikrindədir.

 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh