Azərbaycan neftinin bir bareli 79 dolları ötüb
Gündəm 16 May 2018 23:40 138 dəfə oxunub
Azərbaycan neftinin bir bareli 79 dolları ötüb
Azərbaycanın yüngül neftinin qiyməti 78,65 dollar/barel təşkil edib

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 79,28 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,67 dollar/barel çoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 78,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 15-də 75,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 15-də 78,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh