13 yaşlı oğlan özünü asdı
Gündəm 17 May 2018 00:20 324 dəfə oxunub
13 yaşlı oğlan özünü asdı
Məsciddə namaz qılan şəxslər özünü asan uşağı xəstəxanaya çatdırsalar da, dünyasını dəyişib

Şamaxı rayonunda məktəb şagirdi intihar edib. Avtosfer.az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki "Cümə məsçidi"nin yanındakı mənzillərdən birində qeydə alınıb. Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini olan 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib. Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da dünyasını dəyişib. Hadisə yenicə baş verdiyi üçün hazırda ölən uşağın şəxsiyyəti dəqiqləşdirilir. Uşağın adının Zəka olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh