Bakıda daha bir “avtoş” həbs edildi – 15 günlük - FOTO

Qaydalar 17 May 2018 01:59 Oxunub 7766
Bakıda daha bir “avtoş” həbs edildi – 15 günlük - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəsimi DYP-nin əməkdaşı onu Neftçilər prospektində aşkar edib

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, mayın 16-da, axşam saatlarında idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Neftçilər prospektində axtoxuliqanlıq edən 21 yaşlı Sabirabad rayon sakini Nəsirov Ərrauf Vidadi oğlu Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin inspektoru, baş serjant Qurban Qurbanzadə tərəfindən saxlanılıb. Onun barəsində toplanmış materiallar və videogörüntülər Nəsimi rayon Məhkəməsinə göndərilib. Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə sürücü Ərrauf Nəsirov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən, 15 gün inzibati həbs qərarı verilib. Bununla yanaşı, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh