Yol polisinə tabesizlik göstərən sürücü belə olur - VIDEO

Yol polisi 17 May 2018 15:37 Oxunub 2089
Yol polisinə tabesizlik göstərən sürücü belə olur - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Protiv" gedən sürücü qabaqdangəlmişlik etsə də' PPX görəndə sakitləşir

Yola “protiv”girib, sənəd təqdim etmir, ancaq səs-küy salır. Bakıda çəkilmiş videogörüntülərdəki sürücü ərtafdakıların da qınaq obyekti olub. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü görünür, ünvana daha tez çatmaq üçün küçəni “protiv” girir. YPX əməkdaşları isə onu saxlayıb sənəd istəyir. “Məndən sənəd istəməyə ixtiyarınız yoxdur” deyə qışqıran sürücü ərtafdakılarının diqqətini çəkmək, loru dildə desək, “qaraqışqırıq” salmaqla məsuliyyətdən yaxa qurtarmaq istəyir. Lakin YPX əməkdaşları onun bütün hərəktlərinə səbrlə yanaşırlar. 

Nəticədə hadisə yerinə evakuator çağıran polislər sürücünün növbəti aqressiyası ilə üzləşirlər. Artıq qışqırmağın faydasız olduğunu görən sürücü digər varianta - əl-qol hərəkətlərinə keçir. Hətta onu sakitləşdirmək istəyən YPX əməkdaşlarını da “şərləmək” planı baş tutmur. Post patrul əməkdaşları gələndə isə artıq hər şeyin geridə qaldığını anlayan sürücü nəhayət ki, sakitləşir.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh