Yol polisinə əl-qol atan sürücü həbs edildi - VIDEO

Yol polisi 17 May 2018 19:29 Oxunub 1896
Yol polisinə əl-qol atan sürücü həbs edildi - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub

Bu gün səhər saatlarında YPX əməkdaşları ilə mübahisə edən və sənədləri təqdim etməkdən imtina edən, axına qarşı hərəkət edən sürücünün kimliyi bəlli olub. Avtosfer.az-ın məlumatına görə, 1979-cu il təvəllüdlü Bakı şəhər, Yasamal rayon sakini Elşən Maqsudov bu gün səhər idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı,  "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün  YPX əməkdaşları tərəfindən saxlanılıb. O, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb.

Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən (Polisə tabe olmamaq) 15 sutka həbs edilib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh