Bakı Dairəvi yolunda hərəkət qaydası dəyişir - VİDEO

Yeniliklər 17 May 2018 22:59 Oxunub 2972
Bakı Dairəvi yolunda hərəkət qaydası dəyişir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
''Şamaxinka'' adlanan ərazisinin nəqliyyat yükü nəzərə çarpacaq dərəcədə azalacaq

Bakı Dairəvi yolunda nəqliyyatın hərəkəti dəyişdirilir. Avtosfer.xəbər verir ki, dəyişikliklər Moskva prospektinin "Şamaxinka" deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi ilə olunur. Aparılacaq müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn nəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edə biləcəklər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılacaq. Bütün bu işlər nəticəsində həm ''Şamaxinka'' adlanan ərazisinin nəqliyyat yükü nəzərə çarpacaq dərəcədə azalacaq, həm də Yeni Yasamaldan Biləcəri-Sumqayıt istiqamətinə gedən sürücülərin işi asanlaşacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər qısa müddət ərzində yekunlaşdırılacaq.

Avtosfer.az

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh