Mingəçevirdə ağır yol qəzası - 5 nəfər yaralanıb

Qəzalar 18 May 2018 01:37 Oxunub 994
Mingəçevirdə ağır yol qəzası - 5 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Lada Priora” markalı avtomobil “VAZ-21 06”ya çırpılaraq aşıb

Axşam saatlarında Mingəçevir şəhərində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Lada Priora” markalı avtomobil şəhərin M.Maqomayev prospektindəki işıqforlardan birinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan “VAZ-21 06”ya çırpılaraq aşıb. Nəticədə hər iki avtomobilin sürücüsü və “Prirora”da olan 3 sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı yaralanan 5 nəfərdən 3-ü kişi, 2-si isə qadındır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh