Sürücülərin nəzərinə - Gömrükdə yeni qaydalar tətbiq ediləcək

Yeniliklər 18 May 2018 02:14 Oxunub 1401
Sürücülərin nəzərinə - Gömrükdə yeni qaydalar tətbiq ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim edəcək

Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs aşağıdakılar barədə məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na edilən dəyişiklikdə deyilir. Nazirlər Kabinetinin etdiyi dəyişikliyə görə, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 17.1-ci bəndində “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilib.

İndi gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs aşağıdakı hallarda məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim etməli olacaqlar:

- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;

- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;

- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;

- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;

- mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;

- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

- Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:

- nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil olarkən, daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməlidir;

- gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməlidir;

- nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh