Dələ avtomobilin mühərrik bölümünü anbara çevirib - FOTO

Maraqlı 18 May 2018 12:12 Oxunub 2095
Dələ avtomobilin mühərrik bölümünü anbara çevirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Miçiqan sakini avtomobil sahiblərini diqqətli olmağa səsləyib

Amerikada maraqlı bir hadisə baş verib. Qeyb Ouri adlı istifadəçi Facebook sosial şəbəkəsində dostunun avtomobilinin şəklini dərc edib. Şəkildə təsvir edilmiş avtomobilin mühərrik bölümündə 22 kiloqram şam qozaları aşkar edilib. Bu qozaları yaxınlıqda yaşayan dələ yığıb. Görünən odur ki, dələ avtomobilin motor bölümünü özünə anbar seçib. Miçiqan sakini avtomobil sahiblərini diqqətli olmağa səsləyib. Onun sözlərinə görə, «dələlər bu zamanda məkirli olurlar».

Keçən il Vircinya ştatının Roanok vilayətinin polisi şəhərin yataq rayonlarının birində baş verən maraqlı hadisə barədə məlumat yayıb. Gecə park edilmiş Honda Pilot krossoverinə ayı balası girərək avtomobilin qapısını bağlayıb, sonra isə ardıcıl siqnal verərək avtomobilin sahibini yuxudan oyadıb. 2016-cı ildə iki köpək maşını hərəkətə gətirərək yaxınlıqdakı binaya vurublar.(autograph)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh