“Şotland pişikləri”ni ölkədən çıxaran şəxs saxlanıldı – FOTO

Gündəm 18 May 2018 14:58 Oxunub 1087
“Şotland pişikləri”ni ölkədən çıxaran şəxs saxlanıldı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. DSX-nın mətbuat mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, dünən saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.

Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən qutuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

https://assets.oxu.az/uploads/W1siZiIsIjIwMTgvMDUvMTgvMTMvMDkvNTcvMWQ0YTZjNWItMTM3My00MmNlLWI4ZDgtODQ5NmM5ZDhhNTI3LzY3NGUzNTc4LTA3NmItNDdkOS1iZGRhLTY2NjQyOTNhMmRiNi5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ?sha=1ff0d34213637050

ŞƏRH YAZ
Ad

E-mail

Şərh