Baş nazirin elit mənzilindən qızılla dolu 280 qutu tapıldı

Maraqlı 18 May 2018 15:18 Oxunub 1419
Baş nazirin elit mənzilindən qızılla dolu 280 qutu tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəcib Razakunun mənzillərində axtarışlar mayın 16-sı aparılıb

Malayziya polisi ölkənin sabiq baş naziri Nəcib Razakuya məxsus mənzillərdən pul, zinət əşyaları, elit saatlarla dolu 280-dən artıq qutu və "Hermes" şirkətinin onlarla özəl çantalarını müsadirə edib.

Trend-in məlumatına görə, mallar sabiq baş nazirin Kuala-Lumpurun elit yaşayış komplekslərindən birində yerləşən 3 mənzilində aşkarlanıb.

İqtisadi cinayətlərin araşdırılması üzrə idarənin rəisi Amar Sinqx bildirib ki, müsadirə edilən qutuları və çantaları aparmaq üçün 5 yük maşınından istifadə olunub.

Qeyd edək ki, jurnalistlər həmişə qeyd edirdilər ki, sabiq baş nazirin xanımı tez-tez camaat qarşısına qiymətləri 12-300 min dollar təşkil edən "Hemres" şirkətinin müxtəlif çantaları ilə çıxır. Bundan əlavə, daha əvvəl ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri bildirib ki, sabiq baş nazirin xanımı ABŞ-da 23 milyon dollara çəhrayı brilyant əldə edib. Nəcib Razakunun mənzillərində axtarışlar mayın 16-sı aparılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh