Gəncədə yük maşını piyadanı vurdu

Qəzalar 18 May 2018 21:19 Oxunub 662
Gəncədə yük maşını piyadanı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralının həyatını xilas etmək mümkün olmayıb

Gəncədə avtomobil piyadanı vurub öldürüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

“Ford” markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon  Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh