Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? - VİDEO

Yazarlar 18 May 2018 22:41 Oxunub 1415
Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İsti hava və sərnişin sıxlığı avtobusda nəfəs almağı belə çətinləşdirib

Son günlər havaların isinməsi avtobuslarda kondisionerlərin nə zaman işə salınacağı məsələsini aktuallaşdırıb. Avtosfer.az xəbər verir ki, sərnişinlər bəzi avtobuslarda kondisionerlər olsa da, işlədilmədiyini deyir. Nəticədə mənzil başına tələsənlər sıxlıqla bərabər həm də, diskomfort bir şəraitdə avtobusda getməli olurlar. Havaların anidən istiləşməsi paytaxt sakinlərinə ictimai nəqliyyatdan istifadədə çətinlik yaşadıb. Isti hava və sərnişin sıxlığı avtobusda sözün əsl mənasında nəfəs almağı belə çətinləşdirib.

Sərnişinlərin sözlərinə görə, bəziləri avtobuslarda kondisioner var. Sərnişinlər sürücülərdən kondisionerləri qoşmağı tələb etsələr də onların bu istəyi nəticəsiz qalır.

Çəkiliş zamanı məlum oldu ki, kondisionerli olan cəmi bir neçə avtobus havaların isinməsi ilə əlaqədər yay rejiminə keçib.

Mütəmadi olaraq avtobuslardan istifadə edən sərnişinlər bütün avtobuslarda kondisionerlərin olmasını istəyirlər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, agentliyə də məlum məsələ ilə bağlı çox sayda şikayətlər daxil olub. Bunu nəzərə alan Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə rəsmi xəbərdarlıq edib.

O ki, qaldı paytaxtda fəaliyyət göstərən bütün sərnişin avtobuslarının kondisionerli olmasına, qurum rəsmisi bildirdi ki, bu məsələ ilə bağlı agentlik konkret daşıyıcılar qarşsısında tələb qoyub.

Elə sərnişinlərin də ən böyük isətəyi köhnə avtobusların əvəzinə müasir və komfortlu avtobusların xidmətə başlamasıdır.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh