Yol polisi bir həftədə mindən artıq şagirdlə görüşdü - FOTOLAR

Yol polisi 19 May 2018 00:24 Oxunub 3529
Yol polisi bir həftədə mindən artıq şagirdlə görüşdü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yol hərəkəti qaydalarının əlifbası" kitabı şagirdlərə hədiyyə olunub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron rayon Dövlət Yol Polisi Şöbəsi orta məktəblərdə təbliğat məqsədilə maarifləndirmə tədbirləri keçirib. İdarədən Avtosfer.az-a verilən məlumata görə, bu həftə ərzində Abşeron rayonu ərazisində yerləşən 7 məktəbdə 1000-dən artıq şagird, valideyn və müəllim heyəti ilə görüş keçirilib. Görüşlərdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev, həmin şöbənin əməkdaşları, polkovnik-leytenantlar Səbri Hüseynov və İsa Deystani va polis leytenantı Turan Daşdəmirova, eləcə də Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis baş leytenantı Vasif Sadıqov məktəblilərin çoxsaylı suallarını cavablandırıb, onlara tövsiyələr veriblər. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çap olunan "Yol hərəkəti qaydalarının əlifbası" kitabı şagirdlərə hədiyyə olunub. Bu cür tədbirlər davamlı olaraq digər məktəblərdə də təşkil olunacaq.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh