Bu da yeni "Lamborghini" - FOTO

Avtoxəbər 19 May 2018 09:10 Oxunub 1690
Bu da yeni "Lamborghini" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu elitaya daxil olmaq növbəsi Aventador modelinə çatıbdır

Bu gün Instagram sosial şəbəkəsində whitesse adlı istifadəçi ən güclü və yeyin Aventador superkarının fotoşəkilini dərc edib. Lakin, bu şəklin həqiqətə uyğun olub-olmaması hələlik sual altındadır.

“Auto Express” nəşrinin bildirdiyinə görə, ekstremal Lamborghini Aventador SVJ superkarı bu ilin sonuna qədər təqdim ediləcəkdir. Bir müddət bundan əvvəl yeni superkarın prototipinin fotoşəkilləri internetdə peyda olmuşdur.

Prototipin güclü kamuflyaja büründüyünə baxmayaraq,  onun aerodinamikasının yüksək məhsuldarlığa kökləndiyi görmək olar. İri splitterə malik olan aqressiv formalı ön bamper yerəbasma gücünü artırmaqla mükəlləfdir. Üstəlik, avtomobilin yan tərəfindəki iri formalı hava girişləri 6,5-litrlik V12 mühərrikinin daha yaxşı soyudulmasını təmin edəcəkdir.

Bundan başqa, superkar tam ölçülü arxa antiqanada, diffuzora və təkmilləşdirilmiş buraxılış sisteminə sahib olacaqdır. Lamborghini mühəndisləri avtomobiin güc aqreqatını da təkmilləşdirəcəkdirlər. Aventador SV modelində 750 at qüvvəsi təklif edən V12 mühərrikinin gücünün 800 at qüvvəsinə artırılacağı gözlənilir.

Bundan əlavə, italyan mütəxəssisləri avtomobilin şassisi və asqısı üzərində də işləyəcəkdirlər. Məlum olduğu kimi,  Jota indeksi ən aqressiv və eksklyuziv Lamborghini modelləri üçün hazırlanıbdır. Bu adı əvvəllər ekstremal Miura və Diablo modelləri daşıyıblar. İndi isə, bu elitaya daxil olmaq növbəsi Aventador modelinə çatıbdır. (autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh