Bakıda nasaz avtomobil qəzaya səbəb oldu: xəsarət alanlar var - FOTO

Qəzalar 19 May 2018 09:25 Oxunub 957
Bakıda nasaz avtomobil qəzaya səbəb oldu: xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki avtomobilin arasında qalan 2 nəfərin ayağı sınıb

Bakı Kənar Dairəvi yolunda avtoqəza zamanı 3 nəfər ağır xəsarət alıb. "Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Bakı Dairəvi yolunun kənar hissəsində 90-EV-224 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin elektrik cərəyan mənbəyi - akkumulyatoru xarab olub. Sürücü yoldan keçən 10-ZO-325 dövlət qeydiyyat nömrəli "Mercedes" markalı avtomobilin sahibindən kömək istəyib. Avtomaşınlar üz-üzə saxlanılaraq, sürücü və sərnişinin köməkliyi ilə akkumulyatordan cərəyan ötürmək istəyərkən arxadan sürətlə gələn digər "Mercedes" markalı avtomobil eynimarkalı maşına çırpılıb. Nəticədə iki avtomobilin arasında qalan 1996-cı il təvəllüdlü Məmmədov Əşrəf Vidadi oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Elçin Qulamhüseyn oğlu və 1983-cü il təvəllüdlü Abbasov Asif Vaqif oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, Ə.Məmmədov və E.Məmmədov ayaqlarından sınıq xəsarətləri alıb. Yaralılardan hər ikisinin vəziyyəti ağırdır. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh