Salyanda daşla dolu “KaMAZ” aşıb

Xəbərlər 19 May 2018 11:25 Oxunub 1380
Salyanda daşla dolu “KaMAZ” aşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Salyan rayonunda yük avtomobili aşıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Dayıkənd kəndi ərazisində baş verib.

Belə ki, mişar daşları ilə dolu “KaMAZ” markalı maşın qarşısına çıxan “Şaqman” yük avtomobili ilə toqquşmadan yayınmaq istəyən zaman yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib və mişar daşları ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh