İki avtomobil toqquşdu: ana və qızı xəsarət alıb - Salyanda

Qəzalar 19 May 2018 14:03 Oxunub 546
İki avtomobil toqquşdu: ana və qızı xəsarət alıb - Salyanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobillə “VAZ-2107” markalı minik maşınının toqquşması nəticəsində Salyan şəhər B.Talıblı küçəsi, bina 1-də yaşayan, 1974-cü il təvəllüdlü İmanova Xanım Fikrət qızı və onun qızı, 1996-cı il təvəllüdlü İmanova Nərmin Nurəddin qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh